Operativ Məlumat Mərkəzi

"Fənərbağça" "Zenit"i məğlub edib

1 dəq
Paylaş:
"Fənərbağça" "Zenit"i məğlub edib

Türkiyənin "Fənərbağça" klubu yoldaşlıq oyununda Rusiya təmsilçisi "Zenit"i məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Hesabı İstanbul kollektivindən 20-ci dəqiqədə Cenk Tosun açıb. 35-ci dəqiqədə ruslar "status-kvo"nu bərpa ediblər. Aleksandr Yeroxin adını tabloya yazdırıb. "Sarı-lacıvərdlilər"in qələbə qoluna isə 63-cü dəqiqədə Levent Mercan imza atıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər