Əsas məzmuna keç

Rusiya və İran milli komandaları yenidən üz-üzə gələcək

Rusiya və İran milli komandaları yenidən üz-üzə gələcək

Rusiya Futbol İttifaqı sentyabrın sonunda keçiriləcək yoldaşlıq görüşü ilə bağlı rəsmi məlumat yayıb.

en ru

və İranın milli komandaları növbəti dəfə görüşündə üz-üzə gələcəklər.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidmətinin məlumatına görə, sentyabrın sonunda qarşılaşacaqlar.

Tərəflər arasındakı yoldaşlıq görüşünün Kazanda, “Rubin” klubunun ev oyunlarını keçirdiyi stadionda təşkil olunması planlaşdırılır.

Məlumata görə, matç sentyabrın 29-na təyin edilib. Görüşün başlama saatı ilə bağlı məlumatın isə yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Rusiya və İran yığmaları beynəlxalq turnirlərdən kənarlaşdırıldıqdan sonra artıq iki dəfə yoldaşlıq matçında qarşılaşıblar.

2023-cü ildə Valeri Karpinin rəhbərlik etdiyi Rusiya millisi İranla 1:1 hesablı heç-heçə edib. Ötən payız keçirilən görüşdə isə ruslar 2:1 hesablı qələbə qazanıblar.

Rusiya millisi son oyununda Trinidad və Tobaqonu 3:0 hesabı ilə məğlub edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…