Əsas məzmuna keç

"Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil"

"Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil"

dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib...

İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha tərəfinə məsləhətlərini verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.

Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən əlavə edib: “Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…