Əsas məzmuna keç

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib - 02.04.2025

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib - 02.04.2025

məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Mübarək Ramazan bayramı münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş...

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ramazan bayramı münasibətilə Sizə və bütün dost xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Tarix boyu bu müqəddəs bayramın adət-ənənələri və yüksək mənəvi idealları xalqlarımıza saflıq, paklıq, mərhəmət, tolerantlıq, xeyirxahlıq, qarşılıqlı dəstək, nəciblik və xoşməramlılıq kimi dəyərləri təbliğ edib.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri və çoxşaxəli bu mübarək bayramın yüksək dəyərləri sayəsində xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Uca Yaradandan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi, firavanlıq, əmin-amanlıq diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…