Əsas məzmuna keç

Əminə Ərdoğan Sərvər Bəşirli ilə görüşüb

Əminə Ərdoğan Sərvər Bəşirli ilə görüşüb

Türkiyənin birinci xanımı Əminə fevralın 6-da dəhşətli zəlzələnin baş şəhərində könüllülər və zəlzələdən zərərçəkmiş şəxslər üçün iftar süfrəsi açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Anadolu”ya istinadən bildirir ki, tədbirdə özünün köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli də iştirak edib.

İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat S.Bəşirlinin gördüyü işlər barədə məlumat verib.

O həmçinin xatırladıb ki, Qarabağın 30 illik işğalı dövründə insanlar çadırlarda yaşamağa məcbur olublar: “Əslən Laçın rayonundan olna Sərvər Bəşirli də çadırda yaşayıb. O, zəlzələdən dərhal sonra evdəki yorğanları özünün 1981-ci il istehsallı avtomobilinə yükləyib və yardıma tələsib. Evə qayıdanda artıq hər kəs ondan danışırdı”.

S.Bəşirli dəvətə görə təşəkkürünü bildirib. O, çıxışı zamanı bir daha faciənin baş verməməsini arzulayıb. İftar süfrəsində ictimai şəxslər, jurnalistlər də iştirak ediblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…