Operativ Məlumat Mərkəzi

Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib

1 dəq
Paylaş:
Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib
qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül...

Martın 17-də elm və təhsil naziri Emin Əmrullayev Şabran şəhərində vətəndaşları qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, tələbə təqaüdü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər