Əsas məzmuna keç

DSX: Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas olunub

DSX: Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas olunub

bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Xəbərə görə, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi...

Yanvarın 16-da saat 16:50-də Dövlət Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər üzvü olan plastmas qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mərkəzi məlumat yayıb.

Xəbərə görə, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə köməksiz vəziyyətdə qalmış Astara rayonu Şahağacı kənd sakinləri sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…