Operativ Məlumat Mərkəzi

Ağstafada 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır

1 dəq
Paylaş:
Ağstafada 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır

Ağstafada yanğın hadisəsi baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər