Əsas məzmuna keç

Dövlət Komitəsinin sədri: "Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar"

Dövlət Komitəsinin sədri: "Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar"

bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şamaxıda "İşğaldan azad edilmiş ərazilərin investisiya...

"Şuşadan olan keçmiş köçkünlərin 95 faizi bərpadan sonra şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Şamaxıda "İşğaldan azad ərazilərin investisiya cəlbediciliyi" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin inkişafı və buraya köçəcək insanların təhlükəsizliyi ən vacib məsələlərdəndir.

R.Rzayev bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür.

"Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik", - Dövlət Komitəsinin sədri vurğulayıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…