Əsas məzmuna keç

Dövlət Departamenti ABŞ-nin bütün xarici yardımlarını dayandırıb

Dövlət Departamenti ABŞ-nin bütün xarici yardımlarını dayandırıb

ABŞ Dövlət Departamenti ölkənin mövcud xarici yardımlarını 90 gün müddətində müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. "Operativ Məlumat...

Departamenti ölkənin mövcud xarici yardımlarını 90 gün müddətində müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “”ə istinadən məlumata görə, bu addım Donald Trampın verdiyi müvafiq sərəncamın icrası məqsədilə atılıb. Marko Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.

Ümumilikdə, Marko Rubio növbəti 85 gün ərzində vəziyyəti nəzərdən keçirdikdən sonra proqramların davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması ilə bağlı qərarlar veriləcək. O vaxta qədər Marko Rubio tərəfindən müəyyən istisnalar təsdiq edilə bilər.

Dövlət Departamentinin Xarici Yardım Bürosu tərəfindən hazırlanan sənəddə yalnız İsrail və Misirin hərbi maliyyələşdirilməsi ilə bağlı istisna tətbiq ediləcəyi bildirilir. Sənəddə başqa ölkələrin, o cümlədən Ukraynanın adı qeyd olunmayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…