Əsas məzmuna keç

Dövlət Agentliyi sertifikasiya imtahanından sonra bəzi müəllimlərin narazılığına münasibət bildirib

Dövlət Agentliyi sertifikasiya imtahanından sonra bəzi müəllimlərin narazılığına münasibət bildirib

bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. "Hər bir imtahan...

“İyunun 18-dən təhsilsevərənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün üçüncü günü keçirilən test imtahanında artıq 8149 iştirak edib. Ümumilikdə deyə ki, prosesdə 95% davamiyyət qeydə alınıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

"Hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır. Proseslə bağlı müraciətləri olan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir”, - Nurlan İsmayılbəyli vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, imtahandan sonra bəzi platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı bəzi narazılıqların səsləndirildiyi də müşahidə olunur: “Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər. Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…