Əsas məzmuna keç

DİN: Post-patrul naryadlarının sayı artırılacaq

DİN: Post-patrul naryadlarının sayı artırılacaq

müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir...

Daxili İşlər Nazirliyi (DİN) ilə bağlı vətəndaşlara müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə bayram günlərində təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.

"İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə tədbirləri diqqətdə saxlanılmaqla əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər", - məlumatda bildirilib.

Qeyd olunub ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir:

"Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…