Operativ Məlumat Mərkəzi

Deputat həbsdə olan jurnalistlərin də azadlığa çıxmasını istədi

1 dəq
Paylaş:
Deputat həbsdə olan jurnalistlərin də azadlığa çıxmasını istədi

Milli Məclisin deputatı Aqil Abbas Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Prezidentin imzaladığı amnistiya aktı ilə bağlı çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, amnistiya minlərlə insan üçün sevinc mənbəyidir:

“Həqiqətən insanlar — qadınlar, balalar, analar, bacılar sevinəcək. Bu, çox mühüm bir aktdır”.

Aqil Abbas amnistiyanın jurnalistlərə də şamil olunmasını arzuladığını deyib:

“Çox istərdim ki, bu jurnalistlərə də şamil olunsun. Biz onları pis də bilsək, yenə də şamil olunsun. Düzdür, günahları var, xəyanətləri var, amma müəyyən cinayətləri bağışlamaq olar”.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər