Əsas məzmuna keç

Daha bir ölkə İstanbuldakı konsulluğunu bağladı

Daha bir ölkə İstanbuldakı konsulluğunu bağladı

bu, oxşar addım atan beşinci ölkədir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu cümə axşamı ABŞ-ın terror aktları təhlükəsi ilə bağlı bəyanatları...

Fransanın İstanbuldakı Baş Konsulluğu işləri dayandırıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu, oxşar atan beşinci ölkədir.

Türkiyənin daxili işlər naziri Soylu cümə axşamı ABŞ-ın aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarını bağlamasını ölkəyə qarşı “psixoloji müharibə” adlandırıb.

"Fransanın İstanbuldakı Baş Konsulluğu 2 fevral və 3 fevral tarixlərində ictimaiyyət üçün bağlıdır. İnzibati məsələlərlə bağlı bizimlə elektron poçtla saxlaya bilərsiniz", - konsulluq bəyan edib.

Bundan əvvəl İsveç, Niderland, Böyük Britaniya və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçilərin qəbulunu dayandırdıqlarını bildirib.

ABŞ səfirliyi bazar ertəsi öz vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Hədəflərin İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsi olduğu bildirilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…