Əsas məzmuna keç

CNN yüzlərlə əməkdaşını ixtisar edəcək

CNN yüzlərlə əməkdaşını ixtisar edəcək

ABŞ-nin televiziya CNN yüzlərlə əməkdaşnını işdən çıxarmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə telekanalı məlumat yayıb.

Onların məlumatına görə, işdən CNN-in tanınmış aparıcılarına təsir etməyəcək.

Məlumata görə, “ Bros. Discovery”yə məxsus olan CNN xərcləri azaltmaq məqsədilə bəzi proqramların istehsalını Vaşinqton və Nyu-Yorkdan Atlantaya köçürməyi planlaşdırır.

CNN-in hazırda təxminən 3,5 min əməkdaşı var.

Daha əvvəl yanvarda CNN-in baş direktoru Mark Tompson işçilərə bildirmişdi ki, təşkilat ana şirkətdən rəqəmsal biznesin inkişafı üçün 70 milyon dollarından çox əlavə investisiya alıb. Bu vəsaitin bir hissəsi rəhbərliyin fikrincə ən perspektivli sahələrdə, o cümlədən məlumatların təhlili və yeni məhsulların hazırlanması sahəsində işçi sayının artırılmasına yönəldiləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…