Əsas məzmuna keç

Çinli diplomat: Azərbaycan ŞƏT-in mühüm tərəfdaşıdır

Çinli diplomat: Azərbaycan ŞƏT-in mühüm tərəfdaşıdır

bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat...

Şanxay Təşkilatının (ŞƏT) mühüm tərəfdaşıdır və ölkənin təşkilat çərçivəsində statusunu yaxşılaşdırmaq istəyini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş konfransında deyib.

“Azərbaycan 2016-cı ildə ŞƏT-in tərəfdaşı olub və təşkilat ailəsinin mühüm üzvüdür. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək istəyini və bu təşkilatda ölkənin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir”, - o bildirib.

D.Tao qeyd edib ki, təşkilatın yaranmasından ötən 23 il ərzində ŞƏT çətin inkişaf yolu keçmiş və ən böyük regional quruma çevrilib: “Qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ŞƏT-ə üzv dövlətlər regional əməkdaşlıq etalonu yaradıblar”.

O xatırladıb ki, Çin Sədri Si Cinpin son görüşdə gələcək əməkdaşlıq sahələrinə işarə edib: “Biz dialoq və əməkdaşlıq yolu ilə xəttini saxlamalıyıq. İnkişaf hüququnu, sabitliyi qorumalı, inklüziv olmalı və region daxilində iqtisadi inkişafı stimullaşdırmalıyıq”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…