Əsas məzmuna keç

Ceyhun Bayramov Türkiyənin Zəfər Bayramı münasibətilə paylaşım edib

Ceyhun Bayramov Türkiyənin Zəfər Bayramı münasibətilə paylaşım edib

Azərbaycanın naziri Respublikasını 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o özünün “X” hesabında paylaşım edib.

“30 Avqust – Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirəm! Türkiyənin milli iradəsinin və birlik ruhunun ən böyük təntənəsi olan bu zəfər dünya tarixinin şanlı səhifələrindəndir. Zəfərlərin və uğurların daimi olsun Türkiyə! Bayramınız mübarək!” - XİN rəhbəri qeyd edib.

Diqqətə ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…