Əsas məzmuna keç

Ceyhun Bayramov: “Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir”

Ceyhun Bayramov: “Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir”

bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan ən qısa zamanda cinayət işi üzrə...

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı üzrə hələ də davam edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın naziri deyib.

Onun sözlərinə görə, ən qısa zamanda cinayət işi üzrə istintaqın başa çatdırılacağına və günahkarların cəzalandırılacağına ümid edir, lakin hələlik hər hansı konkret nəticələr barədə danışmaq tezdir.

"Hesab edirik ki, bu hücum iki ölkə arasında münasibətlərə çox mənfi təsir göstərən amildir. Eyni zamanda, bizə İran tərəfindən bu ölkədəki diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bir neçə müraciət daxil olub", - o əlavə edib.

Nazir hesab edir ki, Azərbaycan tərəfi hücumu həyata keçirən cinayətkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsinə tam əmin olmalıdır.

“Azərbaycan tərəfinə bununla bağlı bütün təminatlar sözdə deyil, əməldə verilməlidir”, - o deyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…