Əsas məzmuna keç

Cəlilabad və Beyləqan meşə ərazilərində yanğın olub

Cəlilabad və Beyləqan meşə ərazilərində yanğın olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin regional idarələri, Nazirliyin digər yerli qurumları, Fövqəladə Hallar...

rayonunun Cəlilabad meşəbəyliyində və rayonunun 5 saylı meşəbəyliyində yanğın hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ekologiya və Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin regional idarələri, Nazirliyin digər yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib.

Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub. İntensiv yanğınsöndürmə tədbirləri nəticəsində yanğın məhdudlaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına yaradan bütün hallardan çəkinməyə çağırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…