Əsas məzmuna keç

Çaylarda sululuq artıb, sel və daşqın ehtimalı var

Çaylarda sululuq artıb, sel və daşqın ehtimalı var

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Çaylarda müşahidə olunan vəziyyət açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 14-dən 15-nə keçən gecədən ölkənin bir çox ərazilərində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda artıb.

Avtomat hidroloji stansiyaların məlumatına əsasən ən çox artım Böyük ərazisindən axan çaylarda müşahidə olunub.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 28 sm, Qarasuçayda 12 sm, Qudyalçayda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 8 sm, Zəyəmçayda 5 sm, və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 19 sm, Bəsitçayda 8 sm, Zabuxçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda isə 17 sm artım qeydə alınıb.

Qeyd edək ki, növbəti günlərdə də çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan sel və daşqın keçəcəyi ehtimal olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…