Operativ Məlumat Mərkəzi

Bu şəxslərin maaşı artırıla bilər

1 dəq
Paylaş:
Bu şəxslərin maaşı artırıla bilər
bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib. Onun...

Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları bir neçə dəfə artırılmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:

“Ona görə də hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər. Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər