Əsas məzmuna keç

Bu şəxslərə ŞAD XƏBƏR: Xüsusi kartlarla güzəştlər olacaq

Bu şəxslərə ŞAD XƏBƏR: Xüsusi kartlarla güzəştlər olacaq

bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq. Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox güzəştlər...

Azərbaycanda üçün gələn ildən bir çox güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq.

Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox əldə edəcəklər.

Hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar, müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir. Bu kart vasitəsilə müəllimlər , yaşayış, muzey, teatr və digər obyektlərində endirimlərdən yararlana bilərlər.

Azərbaycanda da müəllimlərin nəqliyyat, səhiyyə, mədəniyyət obyektlərinə giriş və alış-veriş sahələrində endirimlərdən istifadə edə bilmələri üçün işlər aparılır. Bu istiqamətdə ölkənin aparıcı banklardan biri ilə görüş də keçirilib. Görüş zamanı hansı müəllimlərin müəyyənləşəcək güzəştlərdən istifadə edəcəyi müzakirə olunub.

Mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna müraciət edilib.Qurumun mətbuat xidmətindən cavab olaraq bildirdi ki, bu istiqamətdə işlər görülür:

"Yaxın gələcəkdə müəllimlər üçün təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…