Operativ Məlumat Mərkəzi

Bu portal üzərindən 4 mindən çox lisenziya verilib

2 dəq
Paylaş:
Bu portal üzərindən 4 mindən çox lisenziya verilib
Azərbaycanda “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər onun üzərindən 4 086 elektron lisenziya...

Azərbaycanda “” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər onun üzərindən 4 086 lisenziya verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 774-ü 2023-cü ilin payına düşüb.

İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 növü üzrə lisenziya və lisenziya əlavələrinin alınması, həmçinin yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər.

Lisenziya alınması üçün istifadəçi elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax