Əsas məzmuna keç

ETX: 859 komputer zərərli proqram təminatına yoluxub

ETX: 859 komputer zərərli proqram təminatına yoluxub

Elektron Təhlükəsizlik Xidməti (ETX) ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən...

Elektron Təhlükəsizlik Xidməti (ETX) ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ETX-dan bildirilib.

İlkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib.

Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır.

Qeyd edək ki, əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.

Qurum bütün təşkilat və vətəndaşları tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…