Operativ Məlumat Mərkəzi

Bu ölkədə Teleqram istifadəçilərinin sayı artdı

1 dəq
Paylaş:
Bu ölkədə Teleqram istifadəçilərinin sayı artdı
bu barədə xarici KİV məlumat yayıb. Məlumata əsasən, dekabrın 3-də ölkə prezidenti Yoon Seok Yeol hərbi vəziyyət tətbiq etdiyi zaman Cənubi Koreyada...

Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi ölkədə Teleqram messencerindən istifadə edənlərin sayının kəskin artmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, dekabrın 3-də ölkə prezidenti Yoon Seok Yeol hərbi vəziyyət tətbiq etdiyi zaman Cənubi Koreyada bütün messencer yükləmələrinin 47%-dən çoxu Teleqramda olub.

Cənubi Koreya sakinləri ölkədə populyar messencerlərin işində yaranan fasilələrdən narahat olublar və buna görə də hərbi vəziyyət şəraitində qohumları və dostları ilə əlaqə saxlamaq üçün serverləri xaricdə yerləşən Teleqramı yükləməyə başlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər