Yaponiya Baş naziri İşiba Şigeru bildirib ki, İsrail iki dövlətli həll yolunu əngəlləyən addımlar atmağa davam edərsə, Yaponiya Fələstin Dövlətini tanıya bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İşiba, ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin 80-ci Baş Assambleyasında çıxış edib.
O, İsrailin Qəzzaya hücumlarını qəbuledilməz adlandıraraq, bu hücumların dərhal dayandırılmalı olduğunu vurğulayıb.
"Bu hücumlar iki dövlətli həllin əsaslarını təhdid edir və dərhal dayandırılmalıdır." – deyə İşiba qeyd edib.
HƏMAS-a saxladığı əsirləri azad etməsi üçün çağırış edən Yaponiya Baş naziri bildirib ki, İsrail iki dövlətli həllə mane olan addımlarını davam etdirərsə, Yaponiya Fələstini rəsmən tanıyacaq.