"Borussiya"nın hücumameyilli yarımmüdafiəçisi Ceymi-Byno Gittens İngiltərə Premyer Liqasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, 20 yaşlı vingerin xidmətində Londonun üç klubu maraqlıdır.
Söhbət “Arsenal”, “Çelsi” və “Tottenhem”dən gedir.
Almaniya klubu futbolçunun qiymətini 102 milyon avro təyin edib.
Gittens bu mövsüm 33 oyun keçirib. Yarımmüdafiəçi 11 qol vurub və 5 məhsuldar ötürmə edib.