Əsas məzmuna keç

BilBacar müsabiqəsinin qalibləri elan olundu

BilBacar müsabiqəsinin qalibləri elan olundu

finalçılar öz hesablarına daxil olaraq final imtahanında topladıqları balı görə bilərlər. Eyni zamanda əvvəlcədən elan olunduğu kimi müsabiqədə iki...

2024-cü ilin oktyabr ayından etibarən davam edən müsabiqəsinin qalibləri bəlli oldu.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, finalçılar öz hesablarına daxil olaraq final imtahanında topladıqları balı görə bilərlər.

Eyni zamanda əvvəlcədən elan olunduğu kimi müsabiqədə iki kateqoriya – “ən fəal iştirakçılıq” və “ən yaxşı nəticə” kateqoriyaları üzrə qalib məktəblər də seçilib.

“Ən fəal iştirakçılıq” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

  • Oğuz rayonu, Əlövsət Həbibullayev Baş Daşağıl kənd tam orta ,
  • Oğuz rayonu, Bayan kənd tam orta məktəbi,
  • Oğuz rayonu, Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbi,
  • Şamaxı rayonu, Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi,
  • Quba rayonu, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi,
  • Xaçmaz rayonu, Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbi,
  • Sumqayıt şəhəri, humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi,
  • Quba şəhəri, Zaur Cəfərov adına 3 nömrəli tam ,
  • Xaçmaz şəhəri, İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb,
  • Siyəzən şəhəri, Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəb.

“Ən yaxşı nəticə” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

  • Sumqayıt şəhəri, elmləri təmayüllü gimnaziya,
  • Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü lisey,
  • Oğuz şəhəri, Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey,
  • Ağdaş şəhəri, Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya,
  • Lənkəran şəhəri, Səidəli Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey,
  • Şəki şəhəri kimya və biologiya təmayüllü lisey,
  • Sumqayıt şəhəri, Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi,
  • Zaqatala şəhəri, Şixamir Qaflanov adına humanitar fənlər gimnaziyası,
  • Gəncə şəhəri, İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey,
  • Sumqayıt şəhəri, Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəb.

Xatırladaq ki, qaliblər 8, 9 və 10-cu siniflər üzrə ayrı-ayrı seçilib.

Qalibləri təbrik edir və onlara daha böyük uğurlar arzu edirik!

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…