Əsas məzmuna keç

Bəxtiyar Aslanbəyli: "Şahdəniz”dən təxminən 189 milyard kubmetr qaz hasil edilib”

Bəxtiyar Aslanbəyli: "Şahdəniz”dən təxminən 189 milyard kubmetr qaz hasil edilib”

bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik...

Xəzər dənizinin sektorunda yerləşən "” qaz-kondensat yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 milyard kubmetr qaz hasil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə Aslanbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Əsrin Müqaviləsi” imzalanandan bəri "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan toplam 4,2 milyard barel neft hasil olunub: “Həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 67 milyard ABŞ dolları məbləğində vəsait daxil olub".

B. Aslanbəyli bildirib ki, bu rəqəmlərən, yəni mənfəət neftinin satışından əldə olunan gəlirlərin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyəti böyükdür: "Bu gün Xəzərdə mövcud olan 8 platforma var. 9-cu platformanın tikintisi iyun ayında yekunlaşacaq. 8 platformada və Səngəçal terminalında dünyanın neft və qaz sahəsində olan ən son texnoloji avadanlıqlar mövcuddur".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…