Əsas məzmuna keç

Bəşər Əsədin hakimiyyəti devrildi

Bəşər Əsədin hakimiyyəti devrildi

Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib. “Suriya ordusunun komandanlığı prezident Bəşər...

Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa Dəməşqi ələ keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM"”ə istinadən xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

“Suriya ordusunun komandanlığı Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.

“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.

Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, “Reuters” və CNN də prezident Əsədin Suriyanı tərk etməsindən yazır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…