Operativ Məlumat Mərkəzi

Benjamin Sesko “Mançester Yunayted”ə keçir

1 dəq
Paylaş:
Benjamin Sesko “Mançester Yunayted”ə keçir
"Leypsiq klubunun oyunçusu yaxın günlərdə “Mançester Yunayted” ilə müqavilə bağlayacaq. Mənbəyə görə, tərəflər artıq danışıqları tamamlayıb və...

Sloveniyalı istedadlı hücumçu Benjamin Sesko karyerasını İngiltərədə davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Leypsiq klubunun oyunçusu yaxın günlərdə “Mançester Yunayted” ilə müqavilə bağlayacaq.

Mənbəyə görə, tərəflər artıq danışıqları tamamlayıb və müqavilə üzrə razılıq əldə olunub.

Müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

22 yaşlı hücumçunun bazar dəyəri 70 milyon avro olaraq göstərilir. Qeyd edək ki, onun hazırkı klubu “Leypsiq”lə müqaviləsi 2029-cu ilin iyununda başa çatır.

Sesko ötən mövsüm Bundesliqada 33 oyunda meydana çıxıb, bu görüşlərdə 13 qol vurub və 5 assist edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər