Operativ Məlumat Mərkəzi

"Belarus və Çinlə əməkdaşlığı gücləndirəcəyik"

1 dəq
Paylaş:
"Belarus və Çinlə əməkdaşlığı gücləndirəcəyik"

"Rusiya Belarus və Çinlə mikroelektronika sahəsində əməkdaşlığı gücləndirməkdə davam edəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin deyib.

Mişustin vurğulayıb ki, Rusiya bir çox texnoloji sahələrdə beynəlxalq əməkdaşlığı genişləndirməyə açıqdır:

"Biz dost dövlətləri bir-birinin güclü tərəflərindən səmərəli istifadə etmək və vətəndaşlarımızın maraqlarına uyğun genişmiqyaslı praktiki təşəbbüsləri birgə irəli sürmək üçün tədqiqat potensialını və istehsal imkanlarını birləşdirməyə dəvət edirik", - baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, mikroelektronika ölkənin texnoloji suverenliyinin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edən strateji sahədir: "Bu, sözün həqiqi mənasında insanların həyatının hər tərəfinə təsir göstərir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər