Operativ Məlumat Mərkəzi

Bayram günləri Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

2 dəq
Paylaş:
Bayram günləri Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun mətbuat...

Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

“Bakı Metropoliteni” QSC-nin tədbirlər planına əsasən, əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.

Qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində aprelin 21-də 2,5 dəqiqə, ayın 22-dən 24-dək 3 dəqiqə intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Sərnişin axınının tənzimlənməsi məqsədilə zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

“Bakmil” istiqamətinə və əks istiqamətdə qatarların hərəkət cədvəli aprelin 21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər