Operativ Məlumat Mərkəzi

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb

1 dəq
Paylaş:
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 573 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Kibertəhdidlərin 206-sı daxili araşdırma, 367-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyulda isə 69 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər