Əsas məzmuna keç

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu olub

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu olub

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb. "Operativ Məlumat...

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının adını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 qiymətləndirilib.

İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla mükafata sahib olub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…