Əsas məzmuna keç

Məktəbdən 15 ədəd notbuk oğurladılar

Məktəbdən 15 ədəd notbuk oğurladılar

Ağdaşda məktəbdən və əyləncə parkından oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ...

Ağdaşda məktəbdən və əyləncə parkından oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şəhər ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu edilib və oğurladığı kompüterlər ondan maddi kimi götürülərək istintaqa təhvil verilib.

Keçirilən digər əməliyyatlar zaman isə rayondakı MMC-lərdən birindən 5 tonluq metal dayaq və Ağdaş mərkəzi parkındakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…