Əsas məzmuna keç

Azərbaycan XİN İsraildəki vətəndaşlarımıza xəbərdarlıq etdi

Azərbaycan XİN İsraildəki vətəndaşlarımıza xəbərdarlıq etdi

bu barədə xarici siyasət idarəsinin müraciətində bildirilib. “Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan...

Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan sərhədinə yaxın ərazilərinə səfər etməməyə çağırış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin müraciətində bildirilib.

“Livan və İsrail arasında mövcud gərgin vəziyyəti ilə əlaqədar Respublikası Xarixi İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.

Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik”, – XİN-in qeyd edib.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

telaviv@.mfa.gov.az
+972 50 356 95 82

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi

[email protected]
+961 4 922 066.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…