Operativ Məlumat Mərkəzi

Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək

1 dəq
Paylaş:
Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək
Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək. "Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, bu, Milli Məclisin bu...

Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər