Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qvineya XİN başçıları beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı müzakirə ediblər

1 dəq
Paylaş:
Azərbaycan və Qvineya XİN başçıları beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, afrikalıların inteqrasiyası və xaricdəki qvineyalılar üzrə naziri Morissanda Kuyate ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Bildirilib ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, təhsil sahələrində əməkdaşlıq potensialı, həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər