Əsas məzmuna keç

Azərbaycan-Özbəkistan arasında imzalanmış 4 saziş təsdiqlənib

Azərbaycan-Özbəkistan arasında imzalanmış 4 saziş təsdiqlənib

bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanları imzalayıb. Fərmana əsasən, 2025-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan...

hökuməti ilə hökuməti arasında 4 saziş təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanları imzalayıb.

Fərmana əsasən, 2025-ci il iyulun 2-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və sahələrində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”lər təsdiq edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…