Əsas məzmuna keç

Azərbaycan gömrüyündə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq

Azərbaycan gömrüyündə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq

bu barədə DGK-nın məlumatında deyilir. Bildirilir ki, ilkin mərhələdə 5 sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır....

Dövlət Komitəsinin (DGK) bu ilin avqust ayında pilot qaydada tətbiqinə başladığı yeni layihəylə “könüllü əməletmə” prinsipi əsasında göstərən sahibkarların bəyannamələrinin 30 dəqiqə ərzində yoxlanılması və vasitələrinin sürətli çıxışı təmin ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DGK-nın məlumatında deyilir.

Bildirilir ki, ilkin mərhələdə 5 sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır.

Avqustun sonunadək isə fəaliyyətini qanunvericiliyə uyğun şəkildə quran 400-ə qədər şirkətin yeni layihədən istifadə etməsi planlaşdırılır.

Qeyd olunub ki, , və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir. Bu məqsədlə gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində mühüm addımlar atılır ki, bu da sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradır.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…