Əsas məzmuna keç

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana...

Dövlət Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda - marixuana aşkar qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycandan keçməklə İrandan Rusiyaya “kələm” yükü aparan vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…