Əsas məzmuna keç

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

Astara İdarəsində külli miqdarda aşkar qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkə ərazisindən keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü daşıyan vasitəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana aşkar olunub. Ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobili kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasından keçirilib. Nəticədə nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…