Operativ Məlumat Mərkəzi

Avstraliyadan öz vətəndaşlarına "İngiltərə" xəbərdarlığı

1 dəq
Paylaş:
Avstraliyadan öz vətəndaşlarına "İngiltərə" xəbərdarlığı
bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb. Xəbərdarlıqda avstraliyalılara hadisələr zamanı baş verə biləcək “terror təhlükəsi səbəbindən...

Avstraliya ötən həftə İngiltərədə başlayan və bütün ölkəyə yayılan ifrat sağçı qrupların zorakı hərəkətləri səbəbindən bu ölkədəki vətəndaşlarına çox diqqətli olmaları və etirazların keçirildiyi ərazilərdən uzaq durmaları barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdarlıqda avstraliyalılara hadisələr zamanı baş verə biləcək “terror təhlükəsi səbəbindən çox diqqətli olmaları” tövsiyə edilib və hadisələrə, Şimali İrlandiyada vəziyyətə, eləcə də təhlükələrə qarşı ayıq-sayıq olmağa çağırış edilib.

Həmçinin xəbərdarlıqda Şimali İrlandiya üçün terror təhlükəsi səviyyəsinin "əhəmiyyətli" olduğu vurğulanıb və əlavə edilib: "Bu, hücum ehtimalı deməkdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər