Əsas məzmuna keç

Avropa İttifaqı Yaxın Şərqdəki münaqişənin həlli üçün plan hazırlayıb

Avropa İttifaqı Yaxın Şərqdəki münaqişənin həlli üçün plan hazırlayıb

Avropa İttifaqının Xarici Siyasət Xidməti Fələstin-İsrail münaqişəsinin hərtərəfli həlli üçün plan hazırlayıb. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə...

Avropa İttifaqının Xarici Fələstin-İsrail münaqişəsinin hərtərəfli üçün plan hazırlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Euractiv" portalı layihəsinə istinadən xəbər verir.

“Mövcud vəziyyəti nəzərə alaraq, aşkar çətinliklərə və qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli İsrail-Fələstin sülhünə hazırlaşmağın vaxtı çatıb”, - sənəd layihəsinin girişində deyilir.

Nəşrin məlumatına görə, plan 10 bənddən ibarətdir. Sənəddə son nəticədə Qəzza zolağına sülh gətirə, müstəqil Fələstin dövləti yarada, İsraillə ərəb dünyası arasında münasibətləri normallaşdıra və regionda uzunmüddətli təhlükəsizliyi təmin edə biləcək bir sıra addımlar öz əksini tapıb.

Avropa İttifaqı nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin müzakirə ediləcəyi gözlənilir. Bu görüşdə Aİ xarici işlər nazirləri İsrail və Fələstinli həmkarları ilə danışıqlar aparacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…