Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron böhranın həlli üçün Avropa liderlərini danışıqlara cəlb etmək məqsədilə Ukraynaya qoşun göndərmək ideyasını irəli sürməyə davam edirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qəzet danışıqlarda iştirak edən şəxslərin dediyinə görə, Starmer və Makron atəşkəs danışıqlarında iştirak etmək və Ukraynanın əhval-ruhiyyəsini yüksəltmək üçün Avropaya qoşun göndərmək təklifini dəstəkləməyə davam edirlər.
Almaniyanın bu məsələdə daha balanslı mövqe tutduğu görünür.