Operativ Məlumat Mərkəzi

Argentinanın keçmiş prezidentinin həbs cəzası ev dustaqlığı ilə əvəzləndi

1 dəq
Paylaş:
Argentinanın keçmiş prezidentinin həbs cəzası ev dustaqlığı ilə əvəzləndi
bununla bağlı xarici KİV məlumat yayıb. Məhkəmə Kirşnerin yaşını və 2022-ci ildə məruz qaldığı sui-qəsd cəhdini nəzərə alaraq bu qərarı verib. Kirşner...

Argentinanın federal məhkəməsi korrupsiya işi ilə bağlı 6 il həbs və ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulan keçmiş prezident Kristina Fernandes de Kirşnerin cəzasını ev dustaqlığı ilə əvəz edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məhkəmə Kirşnerin yaşını və 2022-ci ildə məruz qaldığı sui-qəsd cəhdini nəzərə alaraq bu qərarı verib.

Kirşner cəzasını evində elektron qolbaqla çəkəcək.

Qərardan sonra onlarla insan Kirşnerin evinin ətrafına toplaşaraq öz dəstəklərini nümayiş etdiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər