Əsas məzmuna keç

Araqçi və Lavrov sabah Çində İranın nüvə məsələsini müzakirə edəcək

Araqçi və Lavrov sabah Çində İranın nüvə məsələsini müzakirə edəcək

bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, görüş Çində Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı...

İran naziri Abbas Araqçi rusiyalı Sergey Lavrovla görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, görüş Çində Şanxay Təşkilatının nazirlər toplantısı çərçivəsində baş tutacaq.

“İran və Rusiya iki strateji tərəfdaş kimi ikitərəfli məsələlər, hadisələrlə bağlı məsləhətləşmələr üçün hər fürsətdən istifadə edirlər. Sabah iki ölkənin xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı çərçivəsində görüşəcək. Gündəmdə ikitərəfli məsələlərlə yanaşı, İranın nüvə problemi də daxil olmaqla regional hadisələr olacaq”, - İran XİN rəsmisi qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…