Operativ Məlumat Mərkəzi

Qəzaya uğrayan təyarrənin içində olan bütün şəxslər öldü - YENİLƏNİB

1 dəq
Paylaş:
Qəzaya uğrayan təyarrənin içində olan bütün şəxslər öldü - YENİLƏNİB
bununla bağlı Rusiya KİV məlumat yayıb. Bildirilib ki, ilkin məlumata görə, təyyarədə olan 49 şəxsin hamısı həlak olub. *** Rusiyanın Amur vilayətində...

Rusiyanın Amur vilayətində radarlardan itən təyyarənin qalıqları tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, təyyarədə olan 49 şəxsin hamısı həlak olub.

***

Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsi ilə rabitə kəsilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb..

“‘Angara’ aviaşirkətinə məxsus An-24 təyyarəsi Tındı şəhərinin hava limanından bir neçə kilometr aralıda yerləşən nəzarət məntəqəsində rabitəyə çıxmayıb.

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin olub.

Onlardan 5-i uşaq, 6 nəfəri isə ekipaj üzvü olub.

Təyyarə marşrut üzrə Xabarovsk – Blagoveşensk – Tında xətti üzrə hərəkət edirmiş.

Qeyd olunub ki, Amur vilayətində itən An-24 sərnişin təyyarəsi havada heç bir problem siqnalı verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər