Əsas məzmuna keç

AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb

AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb

Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır: - elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata...

Milli Akademiyasının () istiqamətləri təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:

- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;

- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;

- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;

- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.

Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, , mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…